Qərar qətidir:  “Bayer”dən gedəcək
22 aprel 2025 09:37 (UTC +04:00)

Qərar qətidir: “Bayer”dən gedəcək

Bu mövsüm başa çatdıqdan sonra "Bayer"in əsas oyunçularından biri Conatan Tah komandanı azad agent kimi tərk edəcək.

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, qeyd olunur ki, 29 yaşlı futbolçu Almaniya klubu ilə müqaviləsinin uzadılması ilə bağlı fikrini dəyişmədiyini təsdiqləyib.

"Hər şey əvvəldən deyilmişdi. Elə an oldu ki, müqaviləni yeniləməməyə və burada qalmamağa qərar verdim. O vaxtdan bəri heç nə dəyişməyib", - futbolçu vurğulayıb. 

Məlum olduğu kimi, Tanın “Bayer” ilə müqaviləsi 2025-ci ilin iyununda başa çatır.

Bu mövsüm futbolçu "Bayer"in heyətində bütün turnirlərdə 45 oyun keçirib, 3 qol vurub və bir məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 284

Oxşar yazılar