DSMF “Moon Kids”in direktorundan  32 min manat tələb edir
21 aprel 2025 10:49 (UTC +04:00)

DSMF “Moon Kids”in direktorundan 32 min manat tələb edir

Dələduzluqda ittiham olunan “Moon Kids” uşaq bağçasının direktoru Havvaxanım Rüstəmovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Lent.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər ifadə veriblər.

Zərərçəkmiş qismində tanınmış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) nümayəndəsi mülki iddia ilə çıxış edib. O, fondun adından Havvaxanım Rüstəmovaya qarşı 32 min manatdan çox mülki iddia qaldırıb.

"Təqsirləndirilən Havvaxanım Rüstəmova Dövlət Sosial Müdafiə Fonduna 32 min manatdan çox ziyan vurub. O, 92 nəfəri əmək müqaviləsi olmadan işlədib və Məcburi Dövlət Sığorta haqqını ödəməyib. Sizdən xahiş edirik ki, mülki iddiamızı təmin edəsiniz".

Havvaxanım Rüstəmova mülki iddanı qəbul etməyib. O, işə götürən kimi bütün öhdəliklərini yerinə yetirdiyini deyib.

Məhkəmə mülki iddianı icraata götürüb.

Prosesdə ifadə verən zərərçəkən Zərifə Osmanova işi verilmiş elandan tapdığını söyləyib:

"Mənə dedilər ki, 1 ay təcrübə keçməlisiz. Başlanğıcda bu səbəbə görə işləmək istəmirdim. Bağçada müəllimlərin sayı uşaqların sayından çox idi. Sonra qəbul edib müəssisənin Neftçilər filalına təcrübə keçməyə getdim. Daha sonra 1 həftəlik onun Qara Qarayev fialında çalışdım. Əmək haqqı olaraq iki ay 400 manat, sonra 600 manat maaş alacağımı dedilər. Amma nə pul gördüm, nə də əmək müqaviləsi. Ona görə də işdən ayrıldım".

Z.Osmanova onu da əlavə edib ki, işə girmək üçün verdiyi pulu tələb etdiyi üçün onu otaqdan qovublar:

"Mən və bacım işə qəbul üçün ayrılıqda 4 min manat pul vermişik. Biz o pulu təcrübədən sonra qalıb çalışmaq üçün vermişdil. Amma pulu geri istəyəndə Havvaxanım bizi otaqdan qovdu və dedi ki "rədd olun". Mənə cəmi 3 min manat pul qaytarılıb. Bununla bağlı polisə də şikayət etmişəm. İndi qalan min mantımı tələb edirəm".

Havvaxanım Rüstəmova zərərçəkənin ifadələrinə münasibət olaraq bildirib ki, Zərifə Osmanovanın bağçada olan autizmli və digər xəstəliklərdən əziyyət çəkən uşaqlarla işləmək üçün təcrübəsi yoxdur. Buna görə də, onu işdən çıxarıb.

Məhkəmənin növbəti iclası mayın 19-a təyin olunub.

Qeyd edək ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanın bir qismini ödəyib.

Eyni zamanda, zərərçəkmiş şəxslərin bir neçəsi ilə barışıq əldə olunub. İş üzrə Dövlət Sosial Müdafiə Fondu zərərçəkmiş kimi tanınıb.

Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata görə, “Moon Kids” Məhdud Məsuliyyətli Cəmiyyətində yol verilən qanunsuzluqlarla bağlı Nizami rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə MMC-nin direktoru Rüstəmova Havvaxanım İmamət qızı Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə təkrarən və xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

Sonradan onunla bağlı olan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.

“Moon Kids” Uşaq Bağçasının fəaliyyəti dayandırılıb.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, “Moon Kids” Məhdud Məsuliyyətli Cəmiyyətində yol verilən qanunsuzluqlarla bağlı Nizami rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə MMC-nin direktoru Rüstəmova Havvaxanım İmamət qızı Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə təkrarən və xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Sonradan onunla bağlı həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunub.
“Moon Kids” Uşaq Bağçasının fəaliyyəti dayandırılıb.
Qeyd edək ki, iş üzrə Dövlət Sosial Müdafiə Fondu da zərərçəkmiş şəxs kimi tanınıb.
Təqsirləndirilən şəxs zərərçəkmişlərə vurulan 428 min manat maddi ziyanın 385 min manatını ödəyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 684

Oxşar yazılar