Milyonçular üçün vergi artımı büdcəyə 400 milyard dollar  gətirəcək
22 aprel 2025 05:19 (UTC +04:00)

Milyonçular üçün vergi artımı büdcəyə 400 milyard dollar gətirəcək

ABŞ-da milyonçular üçün gəlir vergisinin 40%-ə qədər artırılması, qarşıdakı 10 il ərzində dövlət büdcəsinə təxminən 400 milyard dollar əlavə vəsait gətirə bilər.

Lent.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Agentlik bildirir ki, Yale Universiteti nəzdində fəaliyyət göstərən "Budget Lab" tədqiqat mərkəzinin hesablamalarına əsasən, illik gəliri 1 milyon dollar və daha çox olan amerikalılar üçün verginin 40%-ə qaldırılması hökumətə 420 milyard dollar qazandıracaq.

Digər tərəfdən, "Tax Foundation" adlı iqtisadi tədqiqat mərkəzinin hesablamaları bu rəqəmi 358 milyard dollar olaraq göstərir.

Hazırda ABŞ-da gəlir vergisinin maksimal dərəcəsi 37% təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 397

Oxşar yazılar