Tərtərdə qazdan zəhərlənərək ölənlərin kimliyi məlum olub.
Lent.az-ın əldə etdiyi xəbərə görə, onlar Sarov kənd sakinləri Tağıyev Ülfət Mayıs oğlu, onun xanımı Əfsanə, övladları - 7 yaşlı Ümid və 5 yaşlı Sürəyyadır.
Məlumata görə, ailə üzvləri yaşadıqları evdə qaz sobasından sızan dəm qazından zəhərlənərək ölüblər.
Araşdırma aparılır.
***
21 aprel, saat: 12:27
Tərtərdə bir ailənin 4 üzvü zəhərlənərək ölüb.
Lent.az-ın xəbərinə görə, hadisə rayonun Bəyimsarov kəndində qeydə alınıb.
İlkin ehtimala görə, onlar dəm qazından boğulublar.
Faktla bağlı araşdırma aparılır.