"Tik-Tok"a görə öldürülən leytenantın gələn ay övladı olacaqdı - AİLƏSİ DANIŞDI  - FOTO
10 noyabr 2021 14:30 (UTC +04:00)

"Tik-Tok"a görə öldürülən leytenantın gələn ay övladı olacaqdı - AİLƏSİ DANIŞDI - FOTO

“Tik-Tok”a görə öldürülən gənclə bağlı dəhşətli faktlar ortaya çıxıb. 

Lent.az-ın məlumatına görə, ötən gün Bakı şəhərində bıçaqlanaraq öldürülən Natiq Ramazanov Zaqatala rayonunun Zəyəm kəndindəndir. O, 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. 

Ailəsindən Lent.az verilən məlumata görə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzunu olan N.Ramazanov hərbi xidmət vaxtı kursda iştirak edərək leytenant rütbəsi alıb. 2020-ci ilin 27 sentyabrında Vətən müharibəsi başlayan ilk günlərdən Natiq könüllü müharibəyə yollanıb. Bölük komandiri kimi döyüşən Natiq Ramazanov Hadrutun, Füzulinin, Cəbrayılın işğaldan azad olunmasında qəhrəmanlıqlar göstərib. 

Ailəsinin dediyinə görə, Natiq evli olub. Onun iki yaşlı bir oğlu var imiş. 

Ən təsirlisi isə odur ki, N.Ramazanovun gələn ay yeni körpəsi dünyaya gələcəkmiş. 

O, bu gün Zaqatalada torpağa tapşırılıb. 

***

saat 10:00

Prokurorluq Bakıda gənc oğlanın "Tik-Toka"a görə öldürülməsi faktı ilə bağlı məlumat yayıb.

Nizami rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, noyabrın 9-u saat 17 radələrində şəhər sakini 1991-ci il təvəllüdlü Natiq Ramazanovun aldığı xəsarət nəticəsində xəstəxanaya aparılarkən yolda ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Natiq Ramazanov “Tik-Tok” sosial şəbəkəsində yazdığı nalayiq ifadələrlə əlaqədar şəhər sakini, 1982-ci il təvəllüdlü Əli Musayev ilə Nizami rayonu, Q.Qarayev prospektində görüşüb, bu zaman aralarında baş vermiş mübahisə zamanı sonuncu Natiq Ramazanova sağ budun yuxarı nahiyəsindən bıçaqla xəsarət yetirib və nəticədə o, xəstəxanaya aparılarkən yolda ölüb. 

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Əli Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir. 

Lent.az-ın əldə etdiyi xəbərə görə, qətlə yetirilən Natiq Ramazanov Zaqatala sakinidir. O, 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. 

N.Ramazanovun meyiti bu gün doğulduğu Zaqatala rayonuna aparılaraq dəfn edilib. 

***

9 noyabr, saat 23:47

Bakıda qətl törədilib. 

Lent.az xəbər verir ki, hadisə bu gün paytaxtın Nizami rayonu, Qara Qarayev prospekti 37 ünvanında fəaliyyət göstərən gül dükanının yanında qeydə alınıb.

Bakı şəhər sakini, 39 yaşlı Əli Musayev Zaqatala sakini, 30 yaşlı Natiq Ramazanovu bıçaqlayaraq qətlə yetirib. 

Hadisəni törədən Əli Musayev saxlanılıb.

İlkin məlumata görə, qətl "Tik-Tok" üstündə olub.

"Tik-Tok"a görə öldürülən leytenantın Vətən müharibəsində çəkilmiş videosu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 55701
avatar

Mehman Nəbiyev

Oxşar yazılar