“Sən kimsən? Mən mikrorayon uşağıyam”  – Bakıda qətl törədən yeniyetmələrin CİNAYƏT İŞİ
21 yanvar 2025 14:32 (UTC +04:00)

“Sən kimsən? Mən mikrorayon uşağıyam” – Bakıda qətl törədən yeniyetmələrin CİNAYƏT İŞİ

Bakıda söyüş üstündə qətl törətməkdə təqsirləndirilən yeniyetmələrin cinayət işinin bəzi detalları məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, aparılmış istintaqla müəyyən edilib ki, yetkinlik yaşına çatmayan Qismət Nağıyev ötən ilin iyununda tanışı, yetkinlik yaşına çatmayan Elmidar Məmmədquliyevin doğum gününü qeyd etmək üçün "Huqqa" restoranına gediblər. Restorandan çıxanda gecə saat 12-də "McDonald's"ın qarşısından keçərkən hər ikisinin tanışları olan Əli Məmmədov və Elxan Əliəsgərovun tanımadıqları bir neçə şəxslə söhbət etdiklərini görüblər.

Onlar həmin şəxslərlə, eyni zamanda tanımadıqları və yüngül sərxoş vəziyyətdə olan Nicat Bədəlovla salamlaşıblar.

Bu məqamda Nicat Bədəlov Elmidar Məmmədquliyevə "Sən kimsən? Mən mikrorayon uşağıyam dağıtdığım arxa dayanmır" deyib.

Bu sözdən sonra tərəflər arasında sözlü mübahisə yaranır. Sözə aydınlıq gətirmək üçün Nicat Bədəlovun təklifi ilə Elmidar Məmmədquliyevlə birlikdə "Əcəmi" metrostansiyasının arxa tərəfində yerləşən bir mərtəbəli tikilinin arxasına gediblər.

Daha sonra Elmidar Məmmədquliyev üzərində olan bıçağı çıxarıb Nicat Bədəlovun sol vurmaq istəyərkən bıçaq Nicat Bədəlovun üzərində olan "Iphone7" markalı mobil telefonunun arxa hissəsinə dəyib.

Nicat bu zərbədən yayınaraq onun əlindəki bıçağı almağa çalışır.

Bunu görən Elmidar Məmmədquliyev Nicat Bədəlovu tutaraq hərəkətini və müqavimətini qırmağa çalışır.

Elmidar yenidən əlindəki bıçaqla Nicatın qarın və bud nahiyəsindən zərbələr endirir.

Nicat yenidən onun əlindən çıxaraq hadisə yerindən uzaqlaşmağa müvəffəq olur.

Elmidar Məmmədquliyevlə cinayətkar qəsdini davam etdirmək üçün ardınca qaçsalar da Nicat Bədəlovun yaxınlıqda olan tanışları Murad Nemətov və Elxan Əliəsgərovun yanına getməsini gördükdən sonra dayanırlar və hadisə yerini tərk edirlər.

Nicat Bədəlov həmin vaxt Murad Nemətov tərəfindən təcili yardım avtomobili ilə Kliniki Tibbi Mərkəzə çatdırılmasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Polisin əməliyyat axtarış tədbirləri nəticəsində Elmidar Məmmədquliyev və Qismət Nağıyev şübhəli şəxs qismində saxlanılıblar.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 120.2.1-ci (qəsdən adam öldürmə), 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1566
avatar

Orxan Rasifoğlu

Oxşar yazılar