Bakıda faciəli hadisə baş verib.
Lent.az xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.
Şabran rayon sakini, 20 yaşlı Aytac Rauf qızı Baxşiyeva kirayədə yaşadığı binanın 20-ci mərtəbəsindən yıxılaraq ölüb.
Araşdırmalar rayon prokurorluğunda aparılır.