Saxta pasportla Türkiyəyə qaçmaq istəyən "qanuni oğru" ya hökm oxundu
19 noyabr 2021 13:39 (UTC +04:00)

Saxta pasportla Türkiyəyə qaçmaq istəyən "qanuni oğru"ya hökm oxundu

Moskva şəhər məhkəməsi “qanuni oğru” İrakli Cabuanı 9 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

Lent.az-ın Rusiya KİV-ə istinadla məlumatına görə, o, Moskva, Rostov, Krasnoyarsk vilayətlərində mütəşəkkil cinayətkar qruplaşmalara rəhbərlik etməkdə təqsirli bilinir. Cabua 2019-cu il iyulun 2-də Moskvanın Domodedovo aeroportunda saxlanılıb.

O, Ermənistanın saxta pasportu ilə Türkiyəyə qaçmaq istəyərkən ələ keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2808
avatar

Mehman Nəbiyev

Oxşar yazılar