Salyanda iki azyaşlıya əxlaqsızlıq edən kişiyə  18 il iş verdilər
26 yanvar 2026 12:25 (UTC +04:00)

Salyanda iki azyaşlıya əxlaqsızlıq edən kişiyə 18 il iş verdilər

0

Salyanda iki azyaşlıya qarşı əxlaqsız hərəkətlər edən kişiyə hökm oxunub. Salyanda azyaşlıya qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirləndirilən Şakir Mirzəlizadə (Ad və soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xanmməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs 18 il müddətə azadlıqdan məhrum edilib.

İttihama görə, Şakir Mirzəlizadə soyğunçuluq məqsədi ilə qonşusunun evinə girib. Evdə yetkinlik yaşına çatmayan 2011 və 2012-ci il təvəllüdlü iki azyaşlı qızı görüb və həmin şəxslərə zor tətbiq edərək seksual xarakterli hərəkətlər edib. Daha sonra evdən min manat götürərək qaçıb.

Ona Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri, on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) 153.1-ci (On altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə, habelə həmin şəxsi cinsi zorakılıq hərəkətləri və ya seksual fəaliyyəti müşahidə etməyə cəlb etmə), 157.1(Mənzil toxunulmazlığını pozma, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma), 180.1-ci ( Soyğunçuluq, yəni özgənin əmlakını açıq talama) maddələri ilə ittiham irəli sürülüb.

Emin Şirvanzadə

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 560

Oxşar yazılar