Meyxanaçı Rəşad Dağlının qətl törəməsi ilə bağlı daha bir iddia ortaya çıxıb.
Lent.az xəbər verir ki. bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. İddialara görə, Rəşad Dağlı bir müddət əvvəl meyxanaların birində narkotik satanları təhqir edib. Bu isə qətlə yetirilən İskəndər Mehtiyevin xoşuna gəlməyib və Rəşadın arxasınca söyüb. Bunu eşidən meyxanaçı da bu gün səhər saat 5 radələrində özünün "NİVA" markalı avtomobilində İ. Mehtiyevlə görüşüb.
Aralarında yaranan mübahisə zamanı, məlumatlara görə, Rəşad İskəndərin ürək nahiyəsinə 9 bıçaq zərbəsi vurub. Nəticədə o, ölüb.
Qətli törədən Rəşad Dağlı isə könüllü Yasamal polisinə gələrək təslim olub.
Məlumat üçün bildirək ki, İskəndər Mehtiyev 15 gün əvvəl həbsdən çıxıb. O, Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham olunaraq, həbs edilib.
Həmçinin xəbər verdiyimiz kimi, İ. Mehtiyev digər məşhur meyxana ustadı Ələkbər Yasamallının dayısı oğludur.
Qaradağ rayon Prokurorluğunda hazırda qətllə bağlı araşdırmalar davam edir.