Göyçayda bıçaqlanma hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə Göyçay şəhərində yerləşən "GRAND BURGER" adlı kafedə qeydə alınıb. Orada ofisiant işləyən 35 yaşlı Süleymanov Ələkbər Fariz oğlu şəxsi münasibətlər zəminində həmin kafedə dönərçi işləyən 41 yaşlı Musayev Mansur Ramiz oğlunu bıçaqlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Lent.az-a bildirib ki, hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb və zərərçəkmişin xəsarətlərinin dərəcəsinin müəyyən olunması məqsədilə məhkəmə - tibbi ekspertizası təyin edilib.
Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.