Qızıl Aypara Cəmiyyətinin vəzifəli şəxsinə cinayət işi açıldı
26 may 2021 12:36 (UTC +04:00)

Qızıl Aypara Cəmiyyətinin vəzifəli şəxsinə cinayət işi açıldı

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin regional bölməsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı cinayət işi başlanılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bərdə rayon bölməsinin vəzifəli şəxsləri tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi barədə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ilkin araşdırma aparılmaqla mayın 25-də Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə (rüşvət alma külli miqdarda törədildikdə) cinayət işi başlanıb.

Aparılmış ilkin istintaqla Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bərdə rayon bölməsinin sədri İsmayılov Xanlar Xeyrulla oğlunun 2012-ci ildən işlədiyi müddət ərzində ünvanlı sosial yardım almaları üçün qanunvericiliklə müəyyən edilmiş tələbin - rəsmi iş yerinin olmasının təmin edilməsi ilə əlaqədar ona müraciət etmiş müxtəlif şəxslərin adlarını işçi kimi rəsmiləşdirmək müqabilində sonuncuların əmək haqqı kartlarını özündə saxlamaqla, həmin əmək haqqı kartlarına daxil olan vəsaiti hər ay nağdlaşdıraraq, külli miqdarda pul vəsaitini rüşvət qismində təkrarən almasına əsaslı şübhələr müəyyən edilib.

Hazırda cinayət törətmiş şəxslərin dairəsinin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3141
avatar

Mehman Nəbiyev

Oxşar yazılar