“Qanlı göl”də  qan tökən   dəstə tutuldu
29 noyabr 2021 11:35 (UTC +04:00)

“Qanlı göl”də qan tökən dəstə tutuldu

Noyabrın 25-də paytaxtın Yasamal rayonu  “Qanlı göl” adlanan yaşayış sahəsində 3 nəfər Bakı şəhər sakini X.Dadaşovu döyüb, baş nahiyəsinə butulka ilə vuraraq pulunu, mobil telefonunu və ayaqqabılarını alıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, noyabrın 26-da isə həmin yaşayış sahəsinin yaxınlığındakı meşə ərazisində 4 nəfər bir əcnəbi vətəndaşı döyərək 100 manat pulunu və 1500 manat dəyərində mobil telefonunu alıb.

Bununla bağlı Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə məlumatlar daxil olub.     

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Ucar rayon sakini A.Musayev, Yevlax rayon sakinləri A.Məmmədov, N.Rəhimli və Balakən rayon sakini S.Ovçiyev müəyyən edilərək saxlanılıblar.

Onların noyabrın 13-də Abşeron rayon sakini S.Xanlarovu, Bakı şəhər sakinləri A.Əzimovu və V.Nuriyevi döyüb onlardan quldurluq yolu ilə pul, gümüş boyunbağı, qolbaq, saat, mobil telefon, qulaqcıq və eynək almaları da müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5199
avatar

Mehman Nəbiyev

Oxşar yazılar