Polis müsadirə olunan pulları maşınla 12 SAATA SAYDI
03 dekabr 2021 23:29 (UTC +04:00)

 Polis müsadirə olunan pulları maşınla 12 SAATA SAYDI

Panama polisi ölkə tarixində ən böyük pul kütləsini müsadirə edib.

Lent.az-ın xəbərinə görə “Golfo” klanına qarşı əməliyyatda 37 narkotacir saxlanılıb, 10 milyon dollar nağd vəsait ələ keçirilib.

Panama Prokurorluğunun məlumatına görə, bu, ölkə tarixində narkotik satışından müsadirə edilən ən böyük məbləğdir. Pulların toplanması və maşınla sayılması 12 saat çəkib. İş tempinə dözməyən maşınlardan dördü sıradan çıxıb.
 

# 2634
avatar

Oxşar yazılar