Azərbaycan cinayətə görə axtarışda olan əcnəbini ölkəsinə təhvil verib.
Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, Otabek Əhmədov külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən barəsində beynəlxalq axtarış elan olunub. Onun saxlanılıb təhvil verilməsi üçün Azərbaycan Baş Prokurorluğuna sorğu ünvanlanıb.
Baş Prokurorluq tərəfindən ekstradisiya icraatı aparılaraq Özbəkistan Baş Prokurorluğunun sorğusu təmin olunub. Otabek Əhmədov hər iki ölkənin hüquq mühafizə orqanlarının əməkdaşlarının müşayiəti ilə sorğu edən ölkəyə təhvil verilib.