Oğurluq anı
11 noyabr 2021 18:45 (UTC +04:00)

Oğurluq anı

Oğurluq edən azyaşlılar saxlanıldı - FOTO

Gəncə şəhər Baş Polis İdarəsi Kəpəz rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini əvvələr məhkum olunmuş Asəf Quluzadə saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-averilən məlumata görə, onun üzərinə baxış zamanı narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxsin evinə baxış keçirilib və oradan bir ədəd sellofan bükülüdə, 130 qram çəkidə narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb. Aşkar edilən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, araşdırmalar davam etdirilir.

Bundan başqa Nizami rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində silsilə oğurluq etməkdə şübhəli bilinən azyaşlılar saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, onlar bu ilin müxtəlif vaxtlarında şəhər ərazisindəki 2 mağazaya qeyri-qanuni yolla daxil olaraq oradan 3500 manata yaxın nağd pul oğurlayıblar. Şübhəli şəxslərin digər anoloji cinayətlər törətməsi istisna olunmadığından faktla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Aşkar edilən faktlara üzrə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işləri başlanılıb, faktlarla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1719
avatar

Mehman Nəbiyev

Oxşar yazılar