Oğul anasının başını kəsdi
11 iyun 2025 17:14 (UTC +04:00)

Oğul anasının başını kəsdi

Türkiyədə oğul anasını qətlə yetirib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Adana şəhərinin Seyhan qəsəbəsində qeydə alınıb.

Kababxanada qabyuyan işləyən 44 yaşlı Zukka Mahmud səhər tezdən işə gəlib. Ardınca onun iş yerinə girən 24 yaşlı oğlu A.B. stolun üstündən bıçağı götürərək anasına dəfələrlə zərbə vurub və boğazını kəsib.

Gələn həkimlər qadının öldüyünü müəyyən ediblər. Oğul isə cinayəti törədəndən sonra oradan qaçıb.

Onun saxlanılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1688

Oxşar yazılar