Ağcabədidə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, daxil olmuş məlumatlar əsasında Ağcabədi rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Bəşir Əmirov və Qorxmaz Məmişov saxlanılıb.
Onların hər ikisindən satış məqsədi ilə əldə etdikləri narkotik vasitələr aşkarlanıb. B.Əmirovdan “patı” kimi tanınan psixotrop maddə - metamfetamin və marixuana, Q.Məmişovdan da kibrit qutularında qablaşdırılmış marixuana götürülüb.
Faktlarla bağlı araşdırmalar aparılır.