Məşhur “qanuni oğru” barədə YENİ QƏRAR
05 mart 2024 11:33 (UTC +04:00)

Məşhur “qanuni oğru” barədə YENİ QƏRAR

Milliyətcə tatar olan məşhur “qanuni oğru” “Pan” ləqəbi ilə tanınan Viktor Panyuşin ötən ilin sonunda Şimali Kipr ərazisindən deportasiya edilərək Rusiyanın Kursk istintaq təcridxanasına aparılıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, avtoritetin ittiham olunduğu cinayətlər arasında kriminal birlik təşkil etmək və cinayət iyerarxiyasında yüksək mövqe tutmaq da var.

O, hələ 2018-ci ildə məhkəmə Viktor Panyuşinin qiyabi həbsinə qərar vermişdi. Həmin vaxt o, beynəlxalq axtarışda idi. 2023-cü ilin dekabrında Panyuşin Şimali Kipr ərazisindən deportasiya edilib, Kurska aparılıb və istintaq təcridxanasına salınıb. Bir neçə gün əvvəl Rusiyada Leninski Rayon Məhkəməsi müstəntiqin təqsirləndirilən şəxsin həbs müddətinin uzadılması ilə bağlı vəsatətini təmin edib. Kursk vilayətinin Məhkəmə Sisteminin Birləşmiş Mətbuat Xidməti bildirib ki, müttəhimin vəkili bu qərardan apellyasiya şikayəti verməyə çalışıb və müvəkkilinin ev dustaqlığına buraxılmasını istəyib. Kursk vilayət məhkəməsi müdafiəçinin şikayətini təmin etməyib.

# 38397
avatar

Cavidan HUN

Oxşar yazılar