Kriminal avtoriteti oğlu ilə birgə  ÖLDÜRDÜLƏR
05 noyabr 2021 12:51 (UTC +04:00)

Kriminal avtoriteti oğlu ilə birgə ÖLDÜRDÜLƏR

İsrail hüquq-mühafizə orqanları bir qədər əvvəl qətlə yetirilən gürcüstanlı kriminal avtoritet və onun oğlunun qatillərinin axtarışlarına başlayıb.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, söhbət 53 yaşlı "qanuni oğru" Şume İsakov və onun 20 yaşlı oğlundan gedir. Məlumata əsasən, onları naməlum şəxslər qətlə yetirib.

Qətlin motivi bəlli deyil.

İstisna deyil ki, ata-oğlun qətli bir qədər əvvəl Naqariya şəhərində kriminal avtoritetlər arasında baş verən münaqişə ilə bağlıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3570
avatar

Mehman Nəbiyev

Oxşar yazılar