“Könüllü” məhkumun arzusu yerinə yetirildi – EDAM EDİLDİ  -YENİLƏNİB
18 noyabr 2021 07:26 (UTC +04:00)

“Könüllü” məhkumun arzusu yerinə yetirildi – EDAM EDİLDİ -YENİLƏNİB

ABŞ-ın Missisipi ştatındakı həbsxanada ölüm hökmü icra olunub.

Lent.az-ın xəbərinə görə, 2012-ci ildə arvadını öldürdüyü sübut edilmiş şəxs zəhərli iynə ilə edam olunub. Ölüm faktını həkimlər təsdiq edib.

***

01.18


ABŞ-ın Missisipi ştatındakı həbsxanada bu gün ölüm hökmü icra olunacaq.

Lent.az-ın xəbərinə görə, 2012-ci ildə arvadını öldürdüyü sübut edilmiş şəxs bu gecə zəhərli iynə ilə edam ediləcək.

50 yaşlı Devid Koks 2009-cu ildə arvadının şikayətinə görə həbs olunub.  Arvadı Koksu ilk ərindən olan 12 yaşlı qızını zorlamaqda ittiham edirdi. Lakin Koks 3 gün sonra sərbəst buraxılan zaman arvadından qisas almaq qərarına gəlib. O, tapança əldə edərək arvadını işgəncə ilə öldürüb.

Məhkəmə prosesində o, qəflətən vəkildən imtina edib və prokurordan ölüm hökmünü tezləşdirməsini xahiş edib. Məhkəmə vəziyyəti araşdıraraq onun bu məktubu anlaqlı şəkildə yazdığını sübut edib və proses tezləşib. O, bu səhər Bakı vaxtilə saat 05.00 radələrində edam ediləcək.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4212
avatar

Oxşar yazılar