Lerikdə silahlı insident olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, hadisə noyabrın 2-də Lerik rayonunun Veri Əliabad qəsəbəsində qeydə alınıb. Burada yaşayan L.Rəhimov həyətində pnevmatik tüfənglə ehtiyatsız davrandığından açılmış atəşdən qohumu T.Rəhimova xəsarət alıb.
Xəstəxanaya yerləşdirilən yaralının vəziyyəti qənaətbəxşdir.
Lerik rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən S.Rəhimovdan tüfəng götürülüb.
Araşdırma aparılır.