Tapılan silah-sursat
01 noyabr 2021 17:25 (UTC +04:00)

Tapılan silah-sursat

Kənd sakininin evində silah-sursat tapıldı - VİDEO

Beyləqanda evdən silah-sursat tapılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Baş Cinayətkarlıqla Mübarizə İdarəsinə Beyləqan rayonu, Şahsevən kənd sakini Zamiq Əhmədlinin yaşadığı evdə xeyli sayda silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs yaşadığı kəndin ərazisində saxlanılıb. Onun evinə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, 3 ədəd daraq, 1 ədəd süngü bıçaq, 2 ədəd radiostansiya və 76 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb. 

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanılıb.

Zamiq Əhmədli barəsində Nərimanov rayon Məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Rayon sakininin evindən silah-sursat tapıldı

# 1482
avatar

Mehman Nəbiyev

Oxşar yazılar