Erməni cütlük koronavirus xəstələrinin 20 milyon  dollarını mənimsədi
18 noyabr 2021 02:17 (UTC +04:00)

Erməni cütlük koronavirus xəstələrinin 20 milyon dollarını mənimsədi

Koronavirus xəstələrinə yardım fondunun vəsaitini mənimsəyən erməni ər-arvad barədə qiyabi hökm çıxarılıb.  

Lent.az-ın “news.am” saytına istinadla xəbərinə görə, Riçard Ayvazyan 17 il, arvadı Rita Terabelyan isə 6 il azadlıqdan məhrum ediliblər.

Lakin təqsirləndirilən şəxslərin tapılması mümkün olmadığı üçün hökm qiyabi çıxarılıb. ABŞ-ın Ədliyyə Nazirliyindəki mənbə bildirib ki, tərəflər bank dələduzluğu və çirkli pulların yuyulmasında ittiham edilirlər. Hökmü elan edən hakim Ayvazyanı “qanuna hörmət etməyən qəddar fırıldaqçı, dələduzluğu məharət hesab edən şəxs” kimi xarakterizə edib.

Məlum olub ki, cütlük bir müddət əvvəl elektron qandalları açaraq yoxa çıxıb. Polis onların yerini deyən şəxsə 20 000 dollar mükafat vəd edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2178
avatar

Oxşar yazılar