Ələkeçməz narkobaron  həbs edildi: bir detal onu ələ verdi
27 iyul 2025 10:39 (UTC +04:00)

Ələkeçməz narkobaron həbs edildi: bir detal onu ələ verdi

Həmin şəxs narkotik alverində ittiham olunur. O, uzun müddət polisdən gizlənib.

Britaniya polisi ayağındakı yumoristik döymə sayəsində tutula bilməyən narkobaronu həbs edib.

Lent.az-ın xarici mətbuata istinadla xəbərinə görə, Nyukasl Kral Məhkəməsi 46 yaşlı Din Metyusu kokain alverində ittiham edərək 13 il müddətinə azadlıqdan məhrum edib. Cinayətkarı uzun müddət tanımaq mümkün olmayıb, çünki o, şərikləri ilə ünsiyyət qurmaq üçün şifrəli mesajları ilə tanınan EncroChat messencerindən istifadə edib.

Nəticədə müstəntiqlər Metyusun hesabına daxil ola biliblər. Onun tərəfdaşlarına göndərdiyi mesajlar arasında narkobaronun ayağının “Ouch” (“Oh!”) sözünün fərqli döyməsi olan şəklini tapıblar.

dean matthews

Fotonun köməyi ilə Metyusun şəxsiyyətini müəyyənləşdirib, sonra isə saxlanılıb.

Məhkəmə qərara alıb ki, britaniyalı təxminən bir milyon funt sterlinq dəyərində ən azı 22 kiloqram kokain satmaqda ittiham olunur.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 450

Oxşar yazılar