Rusiyanın Krasnodar diyarında 41 yaşlı dayı 16 yaşlı bacısı qızını boğub.
Lent.az yerli telegram kanallarına istinadla bildirir ki, tələbə qızın meyiti meşədə tapılıb. Məlumata görə, hadisəyə səbəb qızın yoxsulluğu qınaması və bununla bağlı yaranan mübahisə olub.
Qeyd olunur ki, dayısı onu meşə yaxınlığına aparıb və qızın əllərini bağlayaraq, boğub. Bundan sonra o, meyiti ağac budaqları ilə örtərək meşədə qoyub və şübhəni özündən yayındırmaq üçün itkin düşən bacısı qızının axtarışında fəal iştirak edib.