Bakıda daha bir bıçaqlanma hadisəsi olub.
Lent.az xəbər verir ki, hadisə Binəqədi rayonu, Binəqədi qəsəbəsi mədən 1, korpus 9 ünvanında qeydə alınıb. Kənan adlı şəxs 36 yaşlı Allahverdiyev Elçin Xalıq oğluna bir ədəd bıçaq zərbəsi vurub.
Qanlı olayın adı çəkilən şəxslər arasında mübahisə nəticəsində meydana gəldiyi bildirilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.