Cinsi azlıq adı ilə oğlanları belə tələyə saldılar - "Qanlıgöl" cinayətinin  TƏFƏRRÜATLARI  - VİDEO
06 dekabr 2021 18:13 (UTC +04:00)

Cinsi azlıq adı ilə oğlanları belə tələyə saldılar - "Qanlıgöl" cinayətinin TƏFƏRRÜATLARI - VİDEO

Xəbər verdiyimiz kimi, Bakının Yasamal rayonunda yerləşən “Qanlıgöl” adlanan ərazidə quldurluq edən dəstə ələ keçirilib.

Lent.az-ın məlumatına görə, həmin dəstə üzvlərinin törətdikləri cinayətlərlə bağlı dəhşətli faktlar ortaya çıxıb. Həmin faktları saxlanılan şəxslər polisə ifadə verərkən deyiblər.

Onlar “İnstagram” sosial şəbəkəsində özlərini cinsi azlıq kimi təqdim edərək qurbanlarını görüşə çağırıblar. Görüş üçün də “Qanlıgöl”də heç kimin yaşamadığı ərazini seçiblər. Buraya gətirdikləri qurbanlarının telefon və pullarını əllərindən alaraq, döyüb və alçaldıb.

Həmin anları da telefona çəkərək şantaj ediblər. Əgər onlar başlarına gələn hadisə ilə bağlı polisə üz tutsalar həmin videoları sosial şəbəkələrdə yayacaqlar.

Dəstə üzvlərinin ifadəsini təqdim edirik:

Özlərini cinsi azlıq kimi təqdim edib oğlanları şantaj etdilər

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6057
avatar

Mehman Nəbiyev

Oxşar yazılar