Bu həkim saxta Covid-19 sertifikatından 800 000 manat qazanıb
28 noyabr 2021 05:16 (UTC +04:00)

Bu həkim saxta Covid-19 sertifikatından 800 000 manat qazanıb

Belçikanın Lyej şəhərində polis saxta Covid-19 sertifikatı satan şəxsi həbs edib.

Lent.az-ın xəbərinə görə, vaksinləmə məntəqəsində işləyən Muhammadu D. adlı həkimin informasiya sisteminə giriş icazəsi varmış.

Məhz bunun sayəsində o, peyvənd olunmadan sertifikat almaq istəyənlərin adını sistemə daxil edirmiş. Polisin məlumatına görə, həkim bu yolla azı 400 000 avro (800 000 manatdan çox) pul qazanıb.

Barəsində həbs qətimkan tədbiri seçilmiş həkimin törətdiyi əmələ məhkəmə gələn həftə qiymət verəcək. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2883
avatar

Oxşar yazılar