Sentyabrın 13-də ölkə ərazisində qeydə alınan 101, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması təmin olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 76, o cümlədən borclu şəxs qismində axtarışda olan 57 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
Narkotiklərlə əlaqəli 64, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıb.