Tanınmış aktyor Rayan Qrantem 2020-ci ildə anasını öldürdüyünə görə ömürlük həbs cəzasına məhkum edilib.
Lent.az xəbər verir ki, məhkəmə zamanı anasını öldürdüyünü etiraf edən aktyorun Kanadanın baş naziri Castin Trüdonun qətlini də planlaşdırdığı məlum olub.
Qrantem qətli törətdikdən sonra kamera ilə anasının cəsədini çəkib:
“Başının arxasından vurdum. Bir neçə dəqiqə sonra mənim olduğumu anlaya bilərdi” - o, çəkilişdə deyib.
Sonra spirtli içki və narkotikdən istifadə edən aktyor 3 silah və 12 "Molotov kokteyli" ilə baş nazir Trüdonun evinə doğru gedib.
Lakin bir qədər sonra Rayan fikrini dəyişdirib və polis bölməsinə gedərək təslim olub.
Qeyd edək ki, Rayan Qrantem Amerika istehsalı olan "Riverdale" serialındakı Cefri Avqustin obrazı ilə tanınırdı.