Sverdlovsk vilayətində gecə klubunda müştəri güllələnib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə Kamensk-Uralski şəhərindəki “Joy” gecə klubunda baş verib.
Hadisə şahidlərindən biri bildirib ki, bundan sonra polis xüsusi təyinatlı itlərlə kluba gələrək axtarış aparıb.
Hadisənin əyləncə müəssisəsinin tualetində baş verdiyi məlum olub.
Polis hələlik təfərrüatları açıqlamayıb. Araşdırma aparılır.