Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşları hadisə ilə əlaqədar birgə əməliyyat keçiriblər.
Əməliyyat zamanı bıçaqla xəsarət yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinən Bakı şəhər sakinləri Enur İsmayılov, Kənan Əliyev, Şaiq Musayev, Anar Gərayev saxlanılıb, daha iki nəfərin isə şəxsiyyəti müəyyən olunub.
Araşdırma aparılır.