Oğurluq edən dəstə üzvləri
19 aprel 2021 16:02 (UTC +04:00)

Oğurluq edən dəstə üzvləri

Bakıda YENİ CİNAYƏTKAR DƏSTƏ: Xüsusi əməliyyat-VİDEO

Paytaxtın Suraxanı rayonunda evlərdən birindən oğurluq edilib. Naməlum şəxslər zərərçəkənin mənzilindən 11600 manat oğurlayıblar. Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən “isti” izlərlə həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Mübariz Yəhyayev, Natiq Əhmədov, Şahin Rzazadə və Kəmalə Mehdiyeva saxlanılıblar.

Daxili İşlər Nazirliyi tərəfindən Lent.az-a daxil olan məlumata görə, oğurlanan pulun bir qismi saxlanılan şəxslərdən aşkar olunaraq götürülüb.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən digər bir əməliyyat zamanı isə rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan paytaxt sakinləri Zamiq Heydərov və Asudə Sultanova saxlanılıblar. Onların üzərindən və yaşadıqları evlərdən heroin, eləcə də, digər növdən olan narkotik vasitələr aşkar olunaraq götürülüb.

Saxlanılan şəxslər barəsində Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına, habelə DİN-in “102” Xidməti Zəng Mərkəzi Sistemi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.

Pul oğurlayan və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3132
avatar

Oxşar yazılar