Bakı Ağır Cinayətlər Məhkəməsində iş yoldaşını öldürməkdə təqsirləndirilən Möhsün Abdullayevin sonuncu məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən məhkəmə M. Abdullayevin 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm oxuyub.
Qeyd edək ki, dövlət ittihamçısı Möhsün Abdullayevin 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Xatırladaq ki, Möhsün Abdullayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur. İttihama görə M. Abdullayev mübahisə zəmnində masanın üzərində olan dəstəkli stəkanı götürdükdən sonra Bahadur Tağıyevin başına 4 dəfə zərbə endirib. Nəticədə zərərçəkənin başından qan axmağa başlayıb. Sonra yumruqla ona zərbələr vurub. Məqsədi Tağıyevdən işlətdiyi nalayiq ifadələrə görə qisas almaq olub.