Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə noyabrın 15-də saat 2 radələrində Lökbatan qəsəbəsi ərazisində 2 nəfərin Abşeron rayon sakini S.Səlimlini döyərək 1725 manat pulunu və mobil telefonunu almaları barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Yevlax rayon sakini N.Nəsirov saxlanılıb, digər bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.