Bakıda oğrular ev sahibini bıçaqlayıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə. Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə sentyabrın 29-da saat 20 radələrində Buzovna qəsəbəsindəki evlərdən birinə oğurluq məqsədi ilə girən 2 nəfərin ev sahibi ilə rastlaşdıqda ona bıçaqla xəsarət yetirərək qaçmaları barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Qəbələ rayon sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Zahid Zahidli saxlanılıb, digərinin isə şəxsiyyəti müəyyən olunub.
Əməliyyat tədbirləri davam etdirilir.