Bakıda ipoteka ilə mənzil almaq istəyənlərə qarşı dələduzluq edib.
Lent.az xəbər verir ki, “Zamin Əmlak Agentliyi”nin direktoru Oqtay Zərbalıyev, agentliyin satış menecerləri - Orxan Əliyev və Natiq Şahmuradov külli miqdarda dələduzluqda ittiham olunurlar. Onların barəsində Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsilə cinayət işi açılıb.
Əldə etdiyimiz məlumata görə, ittihama əsasən, adları çəkilən şəxslər Bakıda ipoteka ilə ev almaq istəyənlərə kömək edəcəklərini bildiriblər. Bu məqsədlə onlardan ümumilikdə 1 milyon 490 min 200 manat alıblar. Ancaq sonradan dəstə üzvləri dediklərinə əməl etməyiblər.
İş üzrə 33 zərərçəkmiş var.
Hazırda cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində istintaq aparılır. Məhkəmənin hazırlıq iclası avqustun 29-da hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçiriləcək.