Bakıda evə basqın olub.
Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu İ. Məmmədov küçə 11 ünvanında qeydə alınıb. Həmin ünvanda kirayədə yaşayan 19 yaşlı Səma Seyidovanın yaşadığı evə daxil olan 3 naməlum şəxs ona hədə-qorxu gələrək və zor tətbiq edərək 1700 manat pulunu, 2000 manat dəyərində qızıl əşyalarını alaraq qaçıblar.
Hadisə ilə bağlı polisə məlumat daxil olub. Məlumat əsasında əməliyyat-axtarış tədbirləri aparılır.