Bakıda EŞQ DRAMI:  ayrılmaq istəyən sevgilisini öldürdü - YENİLƏNİB
27 avqust 2026 12:02 (UTC +04:00)

Bakıda EŞQ DRAMI: ayrılmaq istəyən sevgilisini öldürdü - YENİLƏNİB

2

Bakıda dünən axşam saatlarında baş verən dəhşətli qətlin təfərrüatları məlum olub.

Lent.az-ın əldə etdiyi xəbərə görə, Elvin Orucov və sevgilisi Gülnisə 4-5 ay qeyri-rəsmi nikahda ər-arvad kimi yaşayıblar. Məlumata əsasən, Gülnisə bu münasibəti bitirmək və Elvindən ayrılmaq istəyib.

Lakin sevgilisinin ayrılıq qərarı Elvinin ürəyincə olmayıb. Nəticədə tərəflər arasında baş verən mübahisə zamanı E. Orucov qadının sinəsinə və qol nahiyələrinə bıçaq zərbələri endirib. Gülnisə aldığı xəsarətlərdən dünyasını dəyişib.

Hazırda faktla bağlı araşdırma aparılır.

***

26 avqust, saat: 19:25

Bakıda dəhşətli qətl hadisəsi olub.

Lent.az-ın əldə etdiyi xəbərə görə, hadisə bir az əvvəl Nizami rayonu Keşlə qəsəbəsində qeydə alınıb.

33 yaşlı Elvin Orucov sevgilisinə və özünə xəsarət yetirib.

Nəticədə onların hər ikisi ölüb.

Hadisə ilə bağlı prokurorluq tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
2
# 2724

Oxşar yazılar