Bakida atasını QƏTLƏ YETİRƏN  oğul HAKİM QARŞISINDA
24 aprel 2026 12:00 (UTC +04:00)

Bakida atasını QƏTLƏ YETİRƏN oğul HAKİM QARŞISINDA

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə atasını qətlə yetirməkdə təqsirləndirilən Ayxan Vəlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə təqsirləndirilən Ayxan Vəlizadənin anket məlumatlarını dəqiqləşdirib.

Məhkəmə tərkibi qısa müşavirədən sonra işin məhkəmə baxışına verildiyini və 6 may saat 14:00-a təyin olunduğunu elan edib.

Xatırladaq ki, hadisə 2025-ci ilin dekabr ayında gecə saatlarında Sabunçu rayonu, Ramana qəsəbəsi Gülçülük savxozu adlanan ərazidə olub.

 44 yaşlı İftixar Vəlizadənin  yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə  hüquq-mühafizə orqanlarına məlumat daxil olub. 19 yaşlı Ayxan Vəlizadə elə hadisə yerində şübhəli şəxs qismində saxlanıb.Faktla bağlı cinayət işi başlanılıb, A. Vəlizadə Cinayət Məcəlləsinin 120.1(qəsdən adam öldürmə) maddəsi ilə məsuliyyətə cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 344

Oxşar yazılar