Sabunçu rayonu ərazisində yaşadıqları evdə oğul atanı ailə münaqişəsi zəminində qətlə yetirib.
Lent.az xəbər verir ki, hadisə dekabrın 11-də axşam saatlarında qeydə alınıb.
2006-cı təvəllüdlü Ayxan Vəlizadə atası 1981-ci il təvəllüdlü İftixar Vəlizadəyə kəsici alətlə xəsarət yetirib.
O, aldığı xəsarətlərdən ölüb.
Polis cinayət əməlində şübhəli bilinən A.Vəlizadəni saxlayıb.
Araşdırma aparılır.