Azərbaycanlıların "taclandırdığı"  "qanuni oğru"ya BƏRAƏT VERİLDİ:  4 ay əvvəl həbs olunmuşdu
29 avqust 2026 18:00 (UTC +04:00)

Azərbaycanlıların "taclandırdığı" "qanuni oğru"ya BƏRAƏT VERİLDİ: 4 ay əvvəl həbs olunmuşdu

0

Dördüncü Apellyasiya Məhkəməsi kriminal aləmdə “Zviad Tbilisski” kimi tanınan “qanuni oğru” Zviad Ozmaniana çıxarılmış hökmü ləğv edib. O, cinayət iyerarxiyasında ən yüksək mövqeni tutmaqda təqsirli bilinərək xüsusi rejimli həbsxanada 11 il 1 gün müddətinə azadlıqdan məhrum edilmişdi.

Lent.az xəbər verir ki, cinayət işi ərazi aidiyyəti qaydalarının pozulması səbəbindən Nijni Novqorod vilayət prokuroruna qaytarılıb. İş Zviad Ozmanian Orenburq həbsxanasından Nijni Novqoroda gətirilməzdən əvvəl başlanıb. Bundan əvvəl isə o, Rusiyanın daha dörd regionunda cəzaçəkmə müəssisələrində saxlanılıb.

Məhkum təqsirini etiraf etməyib və 2019-cu ildə kriminal statusundan imtina etdiyini bildirib. Hökm ləğv olunsa da, o, həbsdə saxlanılıb.

Qeyd edək ki, o, aprel ayında Rusiya Cinayət Məcəlləsinin 210.1-ci maddəsi — cinayət iyerarxiyasında ən yüksək mövqeni tutma maddəsi ilə təqsirli bilinmişdi.

Zviad Ozmanian 11 fevral 2013-cü ildə Moskvada Temuri Mirzoyev, azərbaycanlı Vaqif Süleymanov, Baxış Əliyev, Gizo Kardava və digər kriminal avtoritetlər tərəfindən “qanuni oğru” elan edilib. Prokurorluğun məlumatına görə, Zviad Tbilisski özü də Türkiyə və Rusiyada daha 15 “qanuni oğru”nun “tacqoyma” mərasimində iştirak edib.

Moskva Daxili İşlər Nazirliyi də vaxtilə bildirmişdi ki, kriminal avtoritet paytaxtda soyğunçuluq və oğurluqla məşğul olan etnik cinayətkar qruplaşmalara nəzarət edib.

Məhkəmə prosesində o, “oğru tacı”ndan hələ 2019-cu ildə imtina etdiyini və kriminal aləmin bundan, o cümlədən KİV-dəki məlumatlar vasitəsilə xəbərdar olduğunu bildirib.

Müttəhim iddia edib ki, Cinayət Məcəlləsinin 210.1-ci maddəsinə əsasən kriminal statusdan könüllü imtina onun cinayət məsuliyyətindən azad edilməsinə əsas verir. O, həmçinin digər məhbuslara nəzarət etməsinin mümkün olmadığını deyib, çünki xüsusi sərt şəraitdə, videomüşahidə altında olan təkadamlıq kameralarda və rabitə vasitələri olmadan saxlanılıb.

Buna baxmayaraq, birinci instansiya məhkəməsi ittiham hökmü çıxararaq faktiki olaraq onun “qanuni oğru” statusunu tanıyıb.

Həmçinin o, bir neçə il əvvəl mərhum azərbaycanlı “qanuni oğru” Lotu “Quli”nin dostları tərəfindən “oğru” adından məhrum edilib. Buna səbəb onun “ümumi fond” üçün yığılan pulları oğurlaması olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 238

Oxşar yazılar