Azərbaycanlı qızları Türkiyədə fahişəliyə cəlb edən qadına AĞIR CƏZA
06 dekabr 2021 15:45 (UTC +04:00)

Azərbaycanlı qızları Türkiyədə fahişəliyə cəlb edən qadına AĞIR CƏZA

İnsan alverində təqsirli bilinən şəxs barəsində hökm oxunub.

Daxili İşlər Nazirliyinidən Lent.az-a verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının daxil olmuş məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşları olan qadınları Türkiyədə yüksək məvacibli işə düzəldəcəyi adı ilə aldadaraq Konya şəhərinə aparıb orada cinsi istismara məruz qoymaqda şübhəli bilinən Sabirabad rayon sakini Kəmalə Cəfərova tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə başlanılmış cinayət işi üzrə istintaq yekunlaşaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hökmünə əsasən K.Cəfərova Cinayət Məcəlləsinin həmin maddələri ilə (İnsan alveri) təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3075
avatar

Mehman Nəbiyev

Oxşar yazılar