Rusiyanın Moskva vilayətinin Balaşixa şəhərində öldürülən 61 yaşlı iş adamının Nazim Əhmədov olduğu üzə çıxıb. İstintaq Komitəsi qətllə bağlı “Qətl” və “Qanunsuz silah alveri” maddələri ilə cinayət işi açıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, Əhmədov arvadı Ofelya ilə birlikdə Sverdlov küçəsində yerləşən “Yunis” ərzaq mağazasının sahibi olub və onların oğlu mağazanı idarə edib.
Qatil kişinin sinəsinə bir neçə güllə atıb, sonra isə başına atəş açıb. Ehtimal olunur ki, şübhəli şəxs 53 yaşlı Vyaçeslav S.-nin qeydiyyatında olan “KIA Spectra” markalı avtomobillə qaçıb.
Bu arada öldürülən şəxsin şəxsi həyatının təfərrüatlarına aydınlıq gəlib. Onun Azərbaycanda hələ də qeyri-rəsmi həyat yoldaşı var. Hazırda müstəntiqlər onun ərinin öldürmək üçün killer tuta biləcəyi versiyasını yoxlayırlar. Qatil atəş açan zaman Nazim Əhmədovun rəsmi həyat yoldaşı Ofelya maşında olub. Qadının olduğu istiqamətə atəş açılsa da, o, qaça bilib.
***
12:25
Rusiyanın Moskva vilayətinin Balaşixa şəhərində səhər tezdən qətl hadisəsi olub.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Sverdlova küçəsindəki yaşayış binalarından birinin yaxınlığında qeydə alınıb.
Moskva vilayəti polisinin verdiyi məlumata görə, hadisə ilə bağlı məlumat səhər saat 8 radələrində növbətçi xidmətə daxil olub. Mərhum 61 yaşlı kişidir.
Mətbuatda yayılan qeyri-rəsmi məlumata görə, ölən şəxs sahibkar - yerli univermağın sahibi olub. Ona bir neçə atəş açılıb.