Azərbaycanda qız qaçıran evli kişinin baqajda meyiti tapıldı
26 noyabr 2024 12:05 (UTC +04:00)

Azərbaycanda qız qaçıran evli kişinin baqajda meyiti tapıldı

0

Yevlaxda qız qaçıran şəxs avtomobilin baqajında ölü tapılıb.

Bir müddət əvvəl evli olan, 36 yaşlı Azər Quliyev sevgi münasibətində olduğu 28 yaşlı N.Ş-ı (ad soyad şərtidir) qaçırıb.

Ötən gün qızın qardaşları bacıların arxasınca Abşeron rayonu Qobu qəsəbəsinə gəliblər.

Onlar burada Azər Quliyevi döyərək xəsarətlər yetirib, daha sonra əl-ayağını iplə bağlayaraq avtomobilin baqajında Yevlax şəhərinə gətiriblər.

Yevlaxda Azər Quliyevi avtomobilin baqajından düşürən zaman onun öldüyü məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, hadisəni törədənlər saxlanılıblar./report.az

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4231

Oxşar yazılar