Lənkəranda intihar hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə Nərimanabad kəndində qeydə alınıb. Kənd sakini 42 yaşlı Ağayev Raqif Mirağa oğlu özünü asıb.
Onun hansı səbəbdən intihar etməsin hələlik bilinmir.
Məlumata görə, R. Ağayev narkotik aludəçisi imiş. O, həm də rayon ərazisində narkotiklərin qanusnuz dövriyyəsi ilə məşğul olurmuş. Əvvəllər buna görə məhkum olunub-olunmadığı bəlli deyil.
Faktla bağlı araşdırma aparılır.