Ağdamda mağazadan oğurlanan əşyalar
22 aprel 2021 13:09 (UTC +04:00)

Ağdamda mağazadan oğurlanan əşyalar

Azərbaycanda mağazadan 91 telefon oğurladılar

Ağdam rayon sakini olan bir nəfər Rayon Polis Şöbəsinə müraciət edərək Quzanlı qəsəbəsində yerləşən ona məxsus mağazadan 20 min manat dəyərində oğurluq edilməsi barədə məlumat verib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, müraciətlə əlaqədar olaraq Ağdam rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Araşdırmalarla onların Ağcabədi rayon sakini Rəsul İsmayılzadə və Ağdam rayon sakini Elgün Məmmədov olduğu müəyyən edilib. Həmin şəxslər mağazadan 91 ədəd mobil telefon, 8 ədəd noutbuk və 6 ədəd planşet oğulayaraq zərərçəkmiş şəxsə 20 min manat civarında ziyan vurublar. Oğurlanmış əşyaların bir qismi maddi sübut kimi götürülüb.

Faktla bağlı Ağdam rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

# 1740
avatar

Mehman Nəbiyev

Oxşar yazılar