3 uşaqlı qadın övladlarının gözü önündə öldürüldü - YENİLƏNİB  -FOTO
08 dekabr 2022 01:46 (UTC +04:00)

3 uşaqlı qadın övladlarının gözü önündə öldürüldü - YENİLƏNİB -FOTO

Şəmkirdə qadının əri tərəfindən qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, qətlə yetirilən 33 yaşlı Aynurə Orucovanın qaynanası ilə vaxtaşırı mübahisələri olub.

Bunu APA-nın əməkdaşına mərhumun atası Elman Orucov deyib. Onun sözlərinə görə, son vaxtlar qızının ailəsində problemlər yaranıb. Qətl bu söz-söhbətlərdən sonra baş verib. Hadisə mərhumun 3 azyaşlı övladının gözü önündə baş verib.

Qeyd edək ki, hər iki şəxs yaxın qohum olub.  
 

***

16.29

Şəmkirdə qətl hadisəsi olub.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a bildirilib ki, Şəmkir rayonunun Könüllü kəndi ərazisində 33 yaşlı Aynurə Orucovanın öldürülməsi barədə ilkin məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri 39 yaşlı Mahiyyəddin Atakişiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Aynurə Orucovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Mahiyyəddin Atakişiyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. 

Hazırda iş üzrə istintaq davam edir.

# 6894
avatar

Oxşar yazılar

Qısqanc ər arvadını öldürüb intihara cəhd etdi

Qısqanc ər arvadını öldürüb intihara cəhd etdi

26 yanvar 2023 , 16:58
Qadını öldürüb heyvan gübrəsinin içinə atdılar - FOTO

Qadını öldürüb heyvan gübrəsinin içinə atdılar - FOTO

26 yanvar 2023 , 16:44
Atasının qovduğu 15 yaşlı qız  3 uşaqlı sevgilisinin evinə   qaçdı: FACİƏVİ SONLUQ

Atasının qovduğu 15 yaşlı qız 3 uşaqlı sevgilisinin evinə qaçdı: FACİƏVİ SONLUQ

26 yanvar 2023 , 15:32
Azərbaycanda 47 yaşlı qadın qətlə yetirildi

Azərbaycanda 47 yaşlı qadın qətlə yetirildi

26 yanvar 2023 , 15:26
Keçmiş məhkumun maşınından  silah tapıldı

Keçmiş məhkumun maşınından silah tapıldı

26 yanvar 2023 , 13:40
Rayon sakinini Bakıda soydular

Rayon sakinini Bakıda soydular

26 yanvar 2023 , 10:53
Axtarışda olan 107 nəfər  tutuldu

Axtarışda olan 107 nəfər tutuldu

26 yanvar 2023 , 10:32
Qobuda narkotik satmaq istəyən həbs edildi

Qobuda narkotik satmaq istəyən həbs edildi

26 yanvar 2023 , 10:18