İbrahim Tatlısəsin gəlini  durnanı gözündən vurdu: "3 gündür yuxu görürəm"
30 iyul 2026 19:59 (UTC +04:00)

İbrahim Tatlısəsin gəlini durnanı gözündən vurdu: "3 gündür yuxu görürəm"

0

İbrahim Tatlısesin gəlini Yasemin Şefkatli bu dəfə şəxsi həyatı ilə deyil, biznes sahəsində atdığı yeni addımla gündəmə gəlib.

Lent.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, 2021-ci ildə İdo Tatlıseslə ailə quran Yasemin Şefkatli uzun müddətdir üzərində çalışdığı kosmetika brendini təqdim edib. Brendin kolleksiyasına ətirlər, bədən spreyləri, günəşdən qoruyucu vasitələr və müxtəlif şəxsi qulluq məhsulları daxildir.

Məhsullar satışa çıxarıldıqdan qısa müddət sonra böyük maraqla qarşılanıb. Aylarla bu layihə üzərində çalışdığını bildirən Şefkatli gördüyü dəstəyin onu çox sevindirdiyini deyib.

"Mən bu işə çox əmək sərf etmişəm. İnanın, kövrəlmişəm. Məhsullarıma sonsuz inamım var idi, amma sizin mənə olan etimadınız məni ağlatdı", – o, sosial şəbəkə hesabında yazıb.

Yasemin Şefkatlinin paylaşımı qısa müddətdə minlərlə bəyənmə və dəstək mesajı toplayıb. O, yeni brendinin gördüyü marağa görə izləyicilərinə təşəkkür edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 282

Oxşar yazılar